Gürcüstan parlamenti hökumətin yeni tərkibini təsdiq edib

Gürcüstan parlamenti hökumətin yeni tərkibini təsdiq edib Tbilisi. 22 dekabr. REPORT.AZ/ Gürcüstan parlamenti dekabrın 22-də gecə təqribən saat 2:00 radələrində hökumətin yeni tərkibini təsdiq edib.
Region
22 Dekabr , 2017 02:20
Gürcüstan parlamenti hökumətin yeni tərkibini təsdiq edib

Tbilisi. 22 dekabr. REPORT.AZ/ Gürcüstan parlamenti dekabrın 22-də gecə təqribən saat 2:00 radələrində hökumətin yeni tərkibini təsdiq edib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, səsvermə zamanı 103 deputat yeni hökumətin lehinə, cəmi 17 deputat isə əleyhinə səs verib.

Beləliklə baş nazir Georgi Kvirikaşvili olmaqla, yeni hökumətdə 14 nazir olacaq.

Məlumat üçün bildirək ki, baş nazirin səlahiyyətlərini icra edən Georgi Kvirikaşvili dekabrın 20-21-də parlamentdəki fraksiyalar və komitələr qarşısında çıxış edib. Sonra o, parlament qarşısında hökumətin inkişaf proqramı barədə hesabat verib. Hesabat məruzəsi ətrafında müzakirələr dekabrın 21-də gün ərzində davam edib. Səsvermə yalnız dekabrın 22-də gecə saatlarında olub.

Parlament yeni hökumətə etimad göstərib.

Son xəbərlər

Orphus sistemi