Yuxarı

​Gürcüstan hökuməti tam tərkibdə istefa verib

David Usupaşvili bildirib ki, baş nazir iki həftəyə yeni hökumət formalaşdırmalıdır

Bakı. 29 aprel. REPORT.AZ/ Gürcüstanın idman və gənclərlə iş üzrə naziri Levan Kipianinin istefası hökumətin dağılmasına səbəb olub. "Report" xəbər verir ki, bu haqda Gürcüstan KİV-i məlumat yayıb.

Gürcüstan parlamentinin sədri David Usupaşvili bildirib ki, baş nazir İrakli Qaribaşvili iki həftəyə yeni hökumət formalaşdırmalıdır.

Gürcüstan Konstitusiyasına görə, hökumətin istefaya göndərilməsi və yenidən formalaşdırılması üçün kabinet üzvlərinin 1/3-i vəzifələrini tərk etməlidir. İdman və gənclərlə iş üzrə nazir Levan Kipianinin istefası hökumətin yenidən formalaşmasına səbəb olub.

Ölkə konstitusiyasına əsasən, yeni hökumətin tərkibi təsdiq üçün parlamentə təqdim olunmalıdır.

Xatırladaq ki, baş nazir də daxil olmaqla Gürcüstan hökumətinin 20 üzvü var. L.Kipiani ilə birlikdə 7 nazir istefa verib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi