Yuxarı

Gürcüstan hökuməti bürokratik xərclərin azaldılmasına nəzarəti gücləndirir

​Gürcüstan hökuməti bürokratik xərclərin azaldılmasına nəzarəti güclən

“2020-ci ilin dövlət büdcəsi ilk növbədə vətəndaşlara yönəlməlidir”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, gələn ilin büdcəsinin hazırlanması ilə bağlı işlər aparılır: “Büdcə ilk növbədə vətəndaşlara yönəldilməli və əlbəttə ki, biz dövlətin sosial məsuliyyətini nəzərə almalıyıq”.

Baş nazir digər vacib komponentin infrastruktur olduğunu qeyd edib.

G.Qaxaria deyib ki, bürokratik xərclərin azaldılması məsələsinə ciddi nəzarət olunacaq: “Bu da həmçinin vacib komponentdir və biz hamımız bürokratik xərclərin azaldılması prinsipini yadda saxlamalıyıq”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi