Gürcüstan hökuməti bürokratik xərclərin azaldılmasına nəzarəti gücləndirir

Gürcüstan hökuməti bürokratik xərclərin azaldılmasına nəzarəti gücləndirir “2020-ci ilin dövlət büdcəsi ilk növbədə vətəndaşlara yönəlməlidir”.
Region
19 Sentyabr , 2019 10:38
Gürcüstan hökuməti bürokratik xərclərin azaldılmasına nəzarəti gücləndirir

“2020-ci ilin dövlət büdcəsi ilk növbədə vətəndaşlara yönəlməlidir”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, gələn ilin büdcəsinin hazırlanması ilə bağlı işlər aparılır: “Büdcə ilk növbədə vətəndaşlara yönəldilməli və əlbəttə ki, biz dövlətin sosial məsuliyyətini nəzərə almalıyıq”.

Baş nazir digər vacib komponentin infrastruktur olduğunu qeyd edib.

G.Qaxaria deyib ki, bürokratik xərclərin azaldılması məsələsinə ciddi nəzarət olunacaq: “Bu da həmçinin vacib komponentdir və biz hamımız bürokratik xərclərin azaldılması prinsipini yadda saxlamalıyıq”. 

Son xəbərlər

Orphus sistemi