Yuxarı

Gürcüstan gəncləri prezident sarayının qarşısında etiraz aksiyası keçiriblər

​Gürcüstan gəncləri prezident sarayının qarşısında etiraz aksiyası keç

Gürcüstan prezidenti Salome Zurabişvilinin sarayının binası qarşısında etiraz aksiyası keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, aksiyanı “Dəyişdir” adlı gənclər təşkilatı təşkil edib.

Aksiyaçılar dövlət başçısının qətlə görə məhkum olunan şəxslərin əfv etməsinə etiraz bildiriblər. Onların sözlərinə görə, prezident ölkə üçün zərəli qərarlar qəbul edir.

Gənclər prezident sarayının dəmir hasarlarına simvolik olaraq qıfıllar bağlayıblar və üzərilərində “dəyişdir” sözünün olduğu özü-yapışan kağız parçaları yapışdırıblar.

Təşkilatçılar bu cür aksiyaları davam etdirəcəklərini və dövlət başçısının istənilən məsuliyyətsiz addımlarına adekvat reaksiya verəcəklərini bildiriblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi