Gürcüstan gəncləri prezident sarayının qarşısında etiraz aksiyası keçiriblər

Gürcüstan gəncləri prezident sarayının qarşısında etiraz aksiyası keçiriblər Gürcüstan prezidenti Salome Zurabişvilinin sarayının binası qarşısında etiraz aksiyası keçirilib.
Region
22 Sentyabr , 2019 12:28
Gürcüstan gəncləri prezident sarayının qarşısında etiraz aksiyası keçiriblər

Gürcüstan prezidenti Salome Zurabişvilinin sarayının binası qarşısında etiraz aksiyası keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, aksiyanı “Dəyişdir” adlı gənclər təşkilatı təşkil edib.

Aksiyaçılar dövlət başçısının qətlə görə məhkum olunan şəxslərin əfv etməsinə etiraz bildiriblər. Onların sözlərinə görə, prezident ölkə üçün zərəli qərarlar qəbul edir.

Gənclər prezident sarayının dəmir hasarlarına simvolik olaraq qıfıllar bağlayıblar və üzərilərində “dəyişdir” sözünün olduğu özü-yapışan kağız parçaları yapışdırıblar.

Təşkilatçılar bu cür aksiyaları davam etdirəcəklərini və dövlət başçısının istənilən məsuliyyətsiz addımlarına adekvat reaksiya verəcəklərini bildiriblər. 

Son xəbərlər

Orphus sistemi