Gürcüstan azərbaycanlılarının 52%-i SSRİ-nin süqutunu ölkə üçün pis hadisə adlandırıb

Gürcüstan azərbaycanlılarının 52%-i SSRİ-nin süqutunu ölkə üçün pis hadisə adlandırıb Gürcüstanda rəyi soruşulanların 39%-i SSRİ-nin süqutunu “pis hadisə” hesab edib.
Region
20 May , 2019 15:30
Gürcüstan azərbaycanlılarının 52%-i SSRİ-nin süqutunu ölkə üçün pis hadisə adlandırıb

Gürcüstanda rəyi soruşulanların 39%-i SSRİ-nin süqutunu “pis hadisə” hesab edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) Gürcüstan ofisinin ölkədə keçirdiyi sorğunun nəticələrində bildirilib.

Respondentlərin 50%-i isə sovetlər birliyinin dağılmasını “yaxşı hadisə” adlandırıb, 11%-i isə müfaviq suala “bilmirəm” deyə cavab verib.

Sorğuda iştirak edən yerli azərbaycanlıların 52%-i sovet ittifaqının süqutunu pis, 25%-i yaxşı hadisə kimi qiymətləndirib. Onların 21%-i isə suala cavabı bilməyib.

NDI sorğunu bu ilin 28 mart - 15 aprel tarixində işğal altında olan ərazilər istisna olmaqla bütün Gürcüstan üzrə aparıb. Sorğuda 2 927 respondentdən birbaşa müsahibə alınıb. 

Son xəbərlər

Orphus sistemi