"Georgian Airways" Moskvaya uçuşları İrəvandan tranzitlə təklif edəcək

"Georgian Airways" Moskvaya uçuşları İrəvandan tranzitlə təklif edəcək Georgian Airways aviaşirkəti Rusiya Nəqliyyat Nazirliyinin iyulun 8-dən Gürcüstandan federasiya şəhərlərinə birbaşa uçuşların dayandırılmasına dair bəyanatından sonra öz sərnişinlərinə Tbilisi - İrəvan - Moskva marşrutu üzrə tranzit uçuşlar təklif edəcək.
Region
23 İyun , 2019 04:26
Georgian Airways Moskvaya uçuşları İrəvandan tranzitlə təklif edəcək

"Georgian Airways" aviaşirkəti Rusiya Nəqliyyat Nazirliyinin iyulun 8-dən Gürcüstandan federasiya şəhərlərinə birbaşa uçuşların dayandırılmasına dair bəyanatından sonra öz sərnişinlərinə Tbilisi - İrəvan - Moskva marşrutu üzrə tranzit uçuşlar təklif edəcək.

"Report" xəbər verir ki, bu barədə aviadaşıyıcının şənbə günü yaydığı bəyanatda deyilir.

"Məlum olduğu kimi, bu ilin 8 iyulundan etibarən Rusiya aviaşirkətlərinə Rusiya Federasiyasından Gürcüstana hava nəqliyyatının həyata keçirilməsi qadağan ediləcək. Rusiya Nəqliyyat Nazirliyinin məlumatına görə, qadağa Gürcüstan aviaşirkətlərinə də aid ediləcək. İyulun 8-dən etibarən qadağalar tətbiq edildikdə, Gürcüstan Hava Yolları öz sərnişinlərinə Tbilisi-İrəvan-Moskva marşrutu üzrə tranzit uçuşlar təklif edəcək", - deyə bəyanatda bildirilir.

Son xəbərlər

Orphus sistemi