Yuxarı

Fransanın İrandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Piket Charlie Hebdo jurnalında Məhəmməd peyğəmbərin (s.a.v.) karikaturalarının dərc olunmasına etiraz məqsədi daşıyır

Bakı. 19 yanvar. REPORT.AZ/ Bu gün Tehran şəhərində Fransanın İrandakı səfirliyi qarşısında "Charlie Hebdo" jurnalında Məhəmməd peyğəmbərin (s.a.v.) karikaturalarının dərc olunmasına qarşı kütləvi nümayiş keçirilib. Bu barədə "Report" ISNA-ya istinadən xəbər verir.

Aksiyanın təşkilatçıları paytaxtın gənclər təşkilatları və Tehran Universitetinin tələbələridir.

Nümayişçilər əllərində fars, ərəb, ingilis, fransız və alman dillərində yazılmış müxtəlif şüarlar olan plakatlar qaldırıblar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi