Fransanın İrandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Fransanın İrandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib Piket "Charlie Hebdo" jurnalında Məhəmməd peyğəmbərin (s.a.v.) karikaturalarının dərc olunmasına etiraz məqsədi daşıyır
Region
19 Yanvar , 2015 17:56
Fransanın İrandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Bakı. 19 yanvar. REPORT.AZ/ Bu gün Tehran şəhərində Fransanın İrandakı səfirliyi qarşısında "Charlie Hebdo" jurnalında Məhəmməd peyğəmbərin (s.a.v.) karikaturalarının dərc olunmasına qarşı kütləvi nümayiş keçirilib. Bu barədə "Report" ISNA-ya istinadən xəbər verir.

Aksiyanın təşkilatçıları paytaxtın gənclər təşkilatları və Tehran Universitetinin tələbələridir.

Nümayişçilər əllərində fars, ərəb, ingilis, fransız və alman dillərində yazılmış müxtəlif şüarlar olan plakatlar qaldırıblar. 

Son xəbərlər

Orphus sistemi