​FETÖ rəhbərinin qardaşı oğlu saxlanılıb

​FETÖ rəhbərinin qardaşı oğlu saxlanılıb Kamal Gülən Araç rayonunda yol nəzarəti zamanı tutulub
Region
12 Avqust , 2016 08:45
​FETÖ rəhbərinin qardaşı oğlu saxlanılıb

Bakı. 12 avqust. REPORT.AZ/ Fətullahçı Terror Təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülənin qardaşı oğlu və vəkili Kamal Gülən saxlanılıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bir vaxtlar bağlanan STV kanalında aparıcılıq edən Kamal Gülən Araç rayonunda yol nəzarəti zamanı bir avtomobildə saxlanılıb.

Məlumata görə, qayınatasının evinə getdiyini bildirən Gülən, Kastamonu Polis İdarəsinə aparılıb.

Son xəbərlər

Orphus sistemi