Yuxarı

Federika Mogerini: "Türkiyə ölüm hökmünü tətbiq edərsə, Aİ-yə daxil ola bilməz"

Aİ-nin bu cəzanın tətbiq olunmasına qarşı mövqeyi dəyişməzdir

Bakı. 18 iyul. REPORT.AZ/ "Ölüm hökmünü tətbiq edəcəyi halda heç bir ölkə Avropa İttifaqına (Aİ) daxil ola bilməz. Aİ-nin bu cəzanın tətbiq olunmasına qarşı mövqeyi dəyişməzdir".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Türkiyədə dövlət çevrilişinə cəhddə iştirak edənlərə qarşı ölüm hökmünün mümkün tətbiqinə dair müzakirələri şərh edərkən deyib.

Xatırladaq ki, Türkiyənin Aİ-yə daxil olması üzrə danışıqlar 10 ildir davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi