​Ərşad Salehi: "İŞİD türkmənləri xəritədən silib"

​Ərşad Salehi: "İŞİD türkmənləri xəritədən silib" "Sünni və şiə türkmənlər arasında heç bir problem yoxdur"
Region
16 Yanvar , 2015 20:41
​Ərşad Salehi: İŞİD türkmənləri xəritədən silib

Bakı. 16 yanvar. REPORT.AZ/ "İŞİD İraqa bir layihə gətirdi, sünni, şiə və kürd bölgələrini müəyyənləşdirdi, türkmənləri isə xəritədən sildi".

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu İraq Türkmən Cəbhəsinin sədri Ərşad Salehi müsahibəsində deyib.

"İraqın sünni ərəblərin yaşadığı bölgə ilə kürdlərin məskunlaşdığı ərazi arasında türkmənlərin rayonları - Kərkük, Altınkörpü,Tazehurmatu, Tuzhurmatu, Dilay, Celale, Karatəpə və Telafer yerləşir. Təəssüf ki, İŞİD bu bölgənin bir hissəsini ilhaq edib, bir hissəsini də kürdlərin bölgəsinə qatıblar. Ancaq bu, türkmənlərin baş verənlərlə razılaşdığı mənasına gəlməməlidir. İraqda pulu və silahı olanlar təsiretmə gücünə malikdir. Əfsuslar olsun ki, bunların heç biri türkmənlərdə yoxdur. Bizi duyanların səsimizə səs vermələrini istəyirik", - Ə.Salehi deyib.

Onun sözlərinə görə, İraqın şimalını idarə edən kürdlər türkmənlərin silahlanmasının qarşısını alıb: "Əslində türkmənlərin silahlanmasından kürdlər narahat olmamalıdır. Çünki türkmənlər də kürdlərlə bir yerdə İŞİD-ə qarşı vuruşacaq".

Ə.Salehi sünni və şiə türkmənlər arasında heç bir problemin olmadığını da vurğulayıb.

Son xəbərlər

Orphus sistemi