Ermənistanın sərhədlərini on gün müddətinə bağlayacağı gözlənilir

Ermənistanın sərhədlərini on gün müddətinə bağlayacağı gözlənilir Ermənistan koronavirusa yoluxanların sayına görə 251 ölkə arasında 28-ci yerdədir.
Region
4 İyun , 2020 12:31
Ermənistanın sərhədlərini on gün müddətinə bağlayacağı gözlənilir

Ermənistan koronavirusa yoluxanların sayına görə 251 ölkə arasında 28-ci yerdədir.

“Report” xəbər verir ki, məlumatı “Past” yayıb.

Bildirilib ki, Ermənistan hakimiyyəti ölkədə nəzarət edilməyəcək epidemioloji şərait yarandığını etiraf edib.

Baş nazirin müavini Tiqran Avinyan ötəngünkü toplantıda növbəti daha sərt məhdudlaşdırcı tədbirlərin tətbiq olunacağını istisna etməyib. O qeyd edib ki, məhdudlaşdırıcı tədbirlərə ayrı-ayrı qurumların, o cümlədən ictimai nəqliyyatın fəaliyyətinin dayandırılması daxil deyil. 

Həftə sonunadək yeni məhdudlaşdırıcı tədbirlərin elan olunacağı gözlənilir. Hakim komandanın yaydığı məlumata əsasən, Ermənistana giriş-çıxış 10 gün müddətinə bağlana bilər.

Xatırladaq ki, hazırda İranla Ermənistan arasında gediş-gəliş mövcuddur.

Son xəbərlər

Orphus sistemi