Bakı. 27 yanvar. REPORT.AZ/ “Yaxın günlərdə İrana səfər edəcəyəm”.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Viqen Sarkisyan yanvarın 27-də jurnalistlərə açıqlamasında bildirib.
“Bu çox vacib görüşdür. İranla bölgədə təhlükəsizliyə dair birgə çoxsaylı işlərimiz var”, - deyə V.Sarkisyan vurğulayıb.
O qeyd edib ki, Ermənistan qonşu dövlətlərlə qarşılıqlı əməkdaşlığa çox böyük əhəmiyyət verir.