Ermənistanın müdafiə naziri İrana səfər edəcək

Ermənistanın müdafiə naziri İrana səfər edəcək Viqen Sarkisyan: “İranla bölgədə təhlükəsizliyə dair birgə çoxsaylı işlərimiz var”
Region
27 Yanvar , 2017 11:59
Ermənistanın müdafiə naziri İrana səfər edəcək

Bakı. 27 yanvar. REPORT.AZ/ “Yaxın günlərdə İrana səfər edəcəyəm”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Viqen Sarkisyan yanvarın 27-də jurnalistlərə açıqlamasında bildirib.

“Bu çox vacib görüşdür. İranla bölgədə təhlükəsizliyə dair birgə çoxsaylı işlərimiz var”, - deyə V.Sarkisyan vurğulayıb.

O qeyd edib ki, Ermənistan qonşu dövlətlərlə qarşılıqlı əməkdaşlığa çox böyük əhəmiyyət verir. 

Son xəbərlər

Orphus sistemi