​Ermənistanın müdafiə naziri: "Helikopterin vurulmasından sonra bir sıra erməni hərbçiləri istefaya göndərilib"

​Ermənistanın müdafiə naziri: "Helikopterin vurulmasından sonra bir sıra erməni hərbçiləri istefaya göndərilib" Noyabrın 12-də erməni helikopterinin vurulması ilə bağlı Ermənistanda daxili araşdırma aparılıb
Region
27 Yanvar , 2015 15:03
​Ermənistanın müdafiə naziri: Helikopterin vurulmasından sonra bir sıra erməni hərbçiləri istefaya göndərilib

Bakı. 27 yanvar. REPORT.AZ/ Noyabrın 12-də qoşunların təmas xəttində erməni helikopterinin vurulması ilə bağlı Ermənistanda aparılan daxili araşdırma nəticəsində bir sıra hərbçilərə intizam xəbərdarlığı edilib, bəziləri isə vəzifələrindən azad edilib. 

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Seyran Ohanyan keçirdiyi illik mətbuat konfransında deyib. O bildirib ki, bununla bağlı cinayət işi açılıb və hazırda araşdırma davam edir.

Xatırladaq ki, ötən il noyabrın 12-də Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında erməni silahlı qüvvələrinin Mi-24 helikopteri Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə atəş açıb. Cavab atəşi ilə düşmən helikopteri məhv edilib.

Son xəbərlər

Orphus sistemi