Yuxarı

Ermənistanın dövlət borcu bu ilin əvvəlindən 250 milyon dollardan çox artıb

Respublikanın xarici dövlət borcu 2016-cı il iyun ayının sonuna 4 470,3 milyon ABŞ dolları təşkil edib

Bakı. 1 avqust. REPORT.AZ/ Ermənistanın ümumi dövlət borcu 2016-cı il iyun ayının sonuna 5 345,2 milyon ABŞ dolları təşkil edib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu, ilin əvvəlindən ümumi dövlət borcunun 5,3% və ya 267,5 milyon ABŞ dolları artması deməkdir.

Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, respublikanın xarici dövlət borcu 2016-cı il iyun ayının sonuna 4 470,3 milyon ABŞ dolları təşkil edib. Başqa sözlə, xarici dövlət borcu əvvəlki ayla müqayisədə 0,88% və ya 39,3 milyon ABŞ dolları artıb.

Xarici dövlət borcu strukturunda 3 973,2 milyon ABŞ dolları Ermənistan hökumətinin borcudur, respublika Mərkəzi Bankının borcu isə 497,1 milyon ABŞ dollara çatıb.

Ermənistan dövlət büdcəsinə görə, 2016-cı ildə ölkənin dövlət borcu gözlənilən ÜDM-ə qarşı 49,4% təşkil edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi