Bakı. 26 oktyabr. REPORT.AZ/ “İslahatların bir hissəsi kağız üzərində qalır, yaxud verilən tapşırıqlar qismən reallaşır”.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Karen Karapetyan oktyabrın 26-da hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər görülüb, planlar hazırlanıb: “Ancaq əhalinin bundan xəbəri yoxdur. Sahibkarlara isə bu islahatlarla bağlı tədbirlər və planlar çatdırılmayıb”.
O, iqtisadi inkişaf və sərmayə üzrə nazir Suren Karayana, Mərkəzi Strateji Təşəbbüslər Mərkəzinin başçısı Aleksandr Xaçaturyana bu sahədəki çatışmazlıqların aradan qaldırılması üçün iki həftə vaxt verib.