Yuxarı
    Bağlamaq

    Ermənistanda zabitin döydüyü əsgər yaddaşını itirib

    Hərbi hissənin və hospitalın rəhbərliyi hadisə ilə bağlı Artur Akopyanın ailəsinə məlumat verməyib

    Bakı. 16 noyabr. REPORT.AZ/ Ermənistan Silahlı Qüvvələrinin zabiti tərəfindən döyülən əsgər yaddaşını itirib və qohumlarını tanımır.

    "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu döyülən əsgər Artur Akopyanın xalası Edita Arutyunyan bildirib.

    Onun sözlərinə görə, əsgərin döyülməsi hadisəsi noyabrın 6-da baş verib: "Bu vaxtadək ondan xəbərimiz olmayıb. Artur heç kimi tanımadı. Elə davamlı surətdə təkrar edirdi: "Civan məni döydü. Civan mənə işgəncə verdi". Onun əsasən başına vurublar. Onu hospitalda görəndə tanımadım. Bacım oğlu onu döyənlərin sayını da xatırlamır. O, dostları ilə birlikdə siqaret çəkməyə çıxıb. Zabit onları hərbi hissənin qapısında görüb. Dostu qaçıb, Artur qaçmağa macal tapmayıb. Sonra da onu döyüblər".

    Məlumta görə, Artur Akopyan 2015-ci il yanvarın 16-dan Ermənistan Silahlı Qüvvələrində xidmət edir. O, Yerevanda anadan olub.

    Xəbərdə bildirilib ki, hərbi hissənin və hospitalın rəhbərliyi hadisə ilə bağlı Artur Akopyanın ailəsinə məlumat verməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi