Yuxarı

Ermənistanda sığorta şirkətinin binası qarət edilib

​Ermənistanda sığorta şirkətinin binası qarət edilib

Ermənistanın Lori vilayətində oğurluq hadisəsi baş verib.

"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə Vanadzorda qeydə alınıb.

Vanadzorun 30 yaşlı sakini Arman A. polisə müraciət edərək, naməlum şəxs və ya şəxslərin texniki vasitələrin tətbiqi ilə "İnqo Ermənistan" sığorta şirkətinin Vanadzor filialının ofisinin qapısını açaraq içəri girdiklərini, filialın binasındakı hər şeyi alt-üst etdiklərini və oğurluq cinayəti törətdiklərini bildirib.

"Shanshyan.com"un məlumatına görə, cinayətkarlar 7 monitor, videoçəkən qurğunun (DVR) yaddaş avadanlığını, həmçinin ofisdəki pulları oğurlayıblar. 

Qeyd edək ki, bu, son günlər Ermənistanda baş verən növbəti oğurluq hadisəsidir. Daha əvvəl ölkənin Kassasiya Məhkəməsinin məsul vəzifəli şəxsinin mənzili qarət edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi