Ermənistanda sığorta şirkətinin binası qarət edilib

Ermənistanda sığorta şirkətinin binası qarət edilib Ermənistanın Lori vilayətində oğurluq hadisəsi baş verib.
Region
17 Mart , 2019 03:24
Ermənistanda sığorta şirkətinin binası qarət edilib

Ermənistanın Lori vilayətində oğurluq hadisəsi baş verib.

"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə Vanadzorda qeydə alınıb.

Vanadzorun 30 yaşlı sakini Arman A. polisə müraciət edərək, naməlum şəxs və ya şəxslərin texniki vasitələrin tətbiqi ilə "İnqo Ermənistan" sığorta şirkətinin Vanadzor filialının ofisinin qapısını açaraq içəri girdiklərini, filialın binasındakı hər şeyi alt-üst etdiklərini və oğurluq cinayəti törətdiklərini bildirib.

"Shanshyan.com"un məlumatına görə, cinayətkarlar 7 monitor, videoçəkən qurğunun (DVR) yaddaş avadanlığını, həmçinin ofisdəki pulları oğurlayıblar. 

Qeyd edək ki, bu, son günlər Ermənistanda baş verən növbəti oğurluq hadisəsidir. Daha əvvəl ölkənin Kassasiya Məhkəməsinin məsul vəzifəli şəxsinin mənzili qarət edilib.

Son xəbərlər

Orphus sistemi