Ermənistanın Kassasiya Məhkəməsinin məsul vəzifəli şəxsinin mənzili qarət edilib

Ermənistanın Kassasiya Məhkəməsinin məsul vəzifəli şəxsinin mənzili qarət edilib Bakı. 11 mart. REPORT.AZ/ Ermənistanın Kotayksk vilayətində külli miqdarda oğurluq hadisəsi baş verib.
Region
11 Mart , 2019 05:34
Ermənistanın Kassasiya Məhkəməsinin məsul vəzifəli şəxsinin mənzili qarət edilib

Bakı. 11 mart. REPORT.AZ/ Ermənistanın Kotayksk vilayətində külli miqdarda oğurluq hadisəsi baş verib.

"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı şəhər sakini Abovyan David Tovmasyan polis bölməsinə müraciət edərək, naməlum şəxs və ya şəxslərin texniki vasitələrin tətbiqi ilə onun mənzilinin pəncərəsini açaraq içəri soxulduqlarını, bundan sonra qonaq otağından qızıl gümüşdən olan bəzək əşyalarını, həmçinin pul oğurladıqlarını bildirib.

Hazırda istintaq bölməsində fakt üzrə materiallar hazırlanır. Mənbə bildirib ki, zərərçəkən D.Tovmasyan Ermənistanın Kassasiya Məhkəməsinin Satınalmalar Şöbəsinin rəisi işləyir.

Qeyd edək ki, bu Kotaysk vilayətində növbəti cinayət hadisəsidir. Belə ki, həmin vilayətdə oğul atanı xüsusi amansızlıqla qətlə yetirib.

Son xəbərlər

Orphus sistemi