Ermənistanda rus hərbçisi əsgər yoldaşını öldürdükdən sonra intihar edib

Ermənistanda rus hərbçisi əsgər yoldaşını öldürdükdən sonra intihar edib Hərbçi etdiyi əməldən və məsuliyyətdən qorxduğu üçün özünə qəsd edib
Region
24 Oktyabr , 2017 00:26
Ermənistanda rus hərbçisi əsgər yoldaşını öldürdükdən sonra intihar edib

Bakı. 24 oktyabr. REPORT.AZ/ Rusiya hərbçisi ehtiyatsızlıqdan əsgər yoldaşını öldürdüyü üçün intihar edib.

“Report” xəbər verir ki, bu barədə Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Hadisə oktyabrın 23-də Ermənistanın Alaqyaz poliqonunda baş verib. Müddətdən artıq xidmət edən (MAXE) əsgər təlimdən qayıtdıqdan sonra silahı təhvil verən zaman təhlükəsizlik tələblərini kobud şəkildə pozub və avtomatdan qeyri-ixtiyari atəş açıb. Bu zaman digər MAXE ölümcül yaralanıb və dünyasını dəyişib.

Bildirilir ki, hərbçi etdiyi əməldən və məsuliyyətdən qorxduğu üçün intihar edib.

Son xəbərlər

Orphus sistemi