Bakı. 24 oktyabr. REPORT.AZ/ Rusiya hərbçisi ehtiyatsızlıqdan əsgər yoldaşını öldürdüyü üçün intihar edib.
“Report” xəbər verir ki, bu barədə Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Hadisə oktyabrın 23-də Ermənistanın Alaqyaz poliqonunda baş verib. Müddətdən artıq xidmət edən (MAXE) əsgər təlimdən qayıtdıqdan sonra silahı təhvil verən zaman təhlükəsizlik tələblərini kobud şəkildə pozub və avtomatdan qeyri-ixtiyari atəş açıb. Bu zaman digər MAXE ölümcül yaralanıb və dünyasını dəyişib.
Bildirilir ki, hərbçi etdiyi əməldən və məsuliyyətdən qorxduğu üçün intihar edib.