Ermənistanda Qaregin Njdenin abidəsi atəşə tutulub

Ermənistanda Qaregin Njdenin abidəsi atəşə tutulub Sünik vilayətinin qubernatoru müvafiq qurumlara abidə və ətraf ərazilərə nəzarəti gücləndirməyi tapşırıb
Region
29 Avqust , 2017 17:00
Ermənistanda Qaregin Njdenin abidəsi atəşə tutulub

Bakı. 29 avqust. REPORT.AZ/ Ermənistanın Sünik vilayətində Qaregin Njdenin abidəsi atəşə tutulub.

"Report" "Novosti Armeniya"ya istinadən xəbər ki, Njdenin abidəsinin atəş izləri olan fotosunu vilayət qubernatorunun mətbuat katibi Vazgen Saqatelyan "Facebook" səhifəsində paylaşıb.

Hadisə ilə əlaqədar qubernator müvafiq qurumlara abidə və ətraf ərazilərə nəzarəti gücləndirməyi tapşırıb.

Qeyd edək ki, Qaregin Njde (əsl adı Qaregin Ter-Arutyunyan) İkinci Dünya Müharibəsi illərində faşistlərlə əməkdaşlıq edib, amma Ermənistanda milli qəhrəman sayılır.

Son xəbərlər

Orphus sistemi