Ermənistanda növbədənkənar parlament seçkiləri üçün seçkiqabağı təşviqat kampaniyası başlayıb

Ermənistanda növbədənkənar parlament seçkiləri üçün seçkiqabağı təşviqat kampaniyası başlayıb Bakı. 26 noyabr. REPORT.AZ/ Bu gün Ermənistanda ölkə parlamentinə növbədənkənar seçkilər ərəfəsində seçkiqabağı təşviqat kampaniyasına start verilib.
Region
26 Noyabr , 2018 10:31
Ermənistanda növbədənkənar parlament seçkiləri üçün seçkiqabağı təşviqat kampaniyası başlayıb
0 : 00
0 : 00

Bakı. 26 noyabr. REPORT.AZ/ Bu gün Ermənistanda ölkə parlamentinə növbədənkənar seçkilər ərəfəsində seçkiqabağı təşviqat kampaniyasına start verilib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bütün partiya və bloklar seçkiqabağı yarışa fəal qoşulub. İctimaiyyətə seçki proqramlarının təqdim olunmasına və ölkə üzrə seçicilərlə görüşlərin küçirilməsinə də başlanılıb.

Ermənistan Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirak etmək üçün 11 siyasi partiya və bloku qeydə alıb. Bunlar "Mənim addımım" bloku, Çiçəklənən Ermənistan Partiyası, Milli Tərəqqi Partiyası, Xristian-Milli Dirçəliş Partiyası, Sasna Tsrer Ümumermənistan Partiyası, Orinats Yerkir Partiyası, Biz Partiyası və Daşnaksütun Partiyasının yaratdığı blok, Maariflənmiş Ermənistan Partiyası, Ermənistan Respublika Partiyası, "Vətəndaşın qərarı" Sosial-Demokrat Partiyasıdır.

Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan seçki kampaniyasında tam gücü ilə iştirak etmək üçün kampaniya dövrünün ilk günündən məzuniyyətə çıxıb.

Qeyd edək ki, oktyabrın 16-da Ermənistan Baş naziri Nikol Paşinyan parlamentin buraxılmasına və növbədənkənar parlament seçkilərinin keçirilməsinə nail olmaq məqsədi ilə istefa verib.

Ermənistanda növbədənkənar parlament seçkiləri dekabrın 9-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi