Ermənistanda nəvəsini qətlə yetirən nənə həbs edilib

Ermənistanda nəvəsini qətlə yetirən nənə həbs edilib Bakı. 8 dekabr. REPORT.AZ/ Ermənistanın Tavuş rayonunda öz nəvəsini qətlə yetirməkdə şübhəli bilinən Qratsin P. adlı nənənin məhkəmə prosesi dekabrın 14-nə təyin edilib.
Region
8 Dekabr , 2017 10:46
Ermənistanda nəvəsini qətlə yetirən nənə həbs edilib

Bakı. 8 dekabr. REPORT.AZ/ Ermənistanın Tavuş rayonunda öz nəvəsini qətlə yetirməkdə şübhəli bilinən Qratsin P. adlı nənənin məhkəmə prosesi dekabrın 14-nə təyin edilib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, nənəyə qarşı “qəsdən adam öldürmə” maddəsi ilə ittiham irəli sürülüb.

Qətldə şübhəli bilinən nənə barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq materillarına əsasən, bu il sentyarbın 27-də Qratsin P. qızının nikahdankənar doğulan oğlan körpəsini balışla boğaraq qətlə yetirib.

Məhkəmədə körpənin hüquqi təmsilçisi kimi anası tanınıb. 

Son xəbərlər

Orphus sistemi