Yuxarı

Ermənistanda nadir quş növləri yoxa çıxır

Yırtıcı quşların bəzi növləri Ermənistandakı yuvalarından ayrılaraq Gürcüstan və Azərbaycana uçmaq məcburiyyətində qalıb

Bakı. 16 mart. REPORT.AZ/ Ermənistanda "Qırmızı kitab"a düşən nadir quş növləri yoxa çıxır. "Report" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yayıb.

"ArmInfo.am"ın yazdığına görə, bunun səbəbi Ermənistanda dağ-mədən sənayesinin yaratdığı problemlərdədir. Yırtıcı quşların bəzi növləri Ermənistandakı yuvalarından ayrılaraq Gürcüstan və Azərbaycana uçmaq məcburiyyətində qalıb.

"Quş həvəskarları mərkəzi"nin rəhbəri Silva Adamyanın sözlərinə görə, ölkədə dağ-mədən fəaliyyəti ekoloji standartlara cavab vermir. Məsələn, dağ-mədən şirkətləri mədən fəaliyyətindən yaranmış tullantıların saxlanması üçün faktiki olaraq vergidən azaddırlar. Ekoloqlar isə bzines maraqları müdafiə edən yerin təki ilə bağlı qanun məcəlləsini tənqid edir. Biznes üçün belə güzəştlər nəticəsində Ermənistanın flora və faunası zərər görür.

Adamyanın sözlərinə görə, yırtıcı quşların bəzi növləri, o cümlədən "Qırmızı kitaba" düşən ağbaş kərkəz əlverişsiz ekoloji şəraitə görə yuvalarını tərk edərək Gürcüstan və Azərbaycana uçmaq məcburiyyətində qalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi