Ermənistan koronavirusun yayılmasının nəzarətdən çıxdığını açıqladı

Ermənistan koronavirusun yayılmasının nəzarətdən çıxdığını açıqladı Ermənistanın səhiyyə naziri Arsen Torosyan ölkədə koronavirus pandemiyasının yayılmasının nəzarətdən çıxdığını açıqlayıb.
Region
10 Aprel , 2020 15:57
Ermənistan koronavirusun yayılmasının nəzarətdən çıxdığını açıqladı
0 : 00
0 : 00

Ermənistanın səhiyyə naziri Arsen Torosyan ölkədə koronavirus pandemiyasının yayılmasının nəzarətdən çıxdığını açıqlayıb.

“Report” “Aysora”a istinadən xəbər verir ki, o, bu barədə aprelin 10-da Ermənistan parlamentinin Səhiyyə və sosial məsələlər üzrə daimi komissiyasının iclasında çıxışı zamanı məlumat verib.

“Biz koronavirusun yayılmasını dayandırdığımızı və infeksiya ocağını tamamilə söndürdüyümüzü deyə bilmərik. Məsələn, əvvəllər biz bir mənbədən 50 fakt qeydə alırdıqsa, indi 10, yaxud 20 mənbədən 16, 20, 30 hadisə aşkarlayırıq. Ona görə də koronavirusun dövriyyəsinin nəzarətdən çıxdığını deyə bilərik”, - nazir bildirib.

Son xəbərlər

Orphus sistemi