Yuxarı

​Ermənistanda hökumətə məxsus 383 xidməti avtomobil satışa çıxarılıb

Nəqliyyat vasitələrinin satışından dövlət büdcəsinə əhəmiyyətli həcmdə maliyyə vəsaiti daxil olacağı gözlənilir

Bakı. 23 iyun. REPORT.AZ/ Ermənistan hökumətinə məxsus 383 xidməti avtomobil satışa çıxarılıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, ölkənin Nazirlər Kabinetinin iyunun 23-də keçirilən iclasında avtomobillərin Dövlət Əmlak İdarəsinin balansına keçməsi haqqında qərar qəbul edilib.

Xəbərə görə, avtomobillərin satışından əldə olunan gəlir dövlət büdcəsinin hesabına köçürüləcək.

İnformasiyaya əsasən, Vergilər Nazirliyinin 27, Əmək və Sosial məsələlər Nazirliyinin 26, Kənd Təsərrüfatı Nazirliynin 9, İqtisadiyyat Nazirliyinin 4 xidməti avtomobili satışa çıxarılıb.

Nəqliyyat vasitələrinin satışından dövlət büdcəsinə əhəmiyyətli həcmdə maliyyə vəsaiti daxil olacağı gözlənilir.

Dövlət Əmlak İdarəsinin balansında daha 274 avtomobilin olduğu da bildirilib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi