Ermənistanda hərbi xidmətdən yayınmaq üçün saxta sənəd düzəldən qrup ifşa edilib

Ermənistanda hərbi xidmətdən yayınmaq üçün saxta sənəd düzəldən qrup ifşa edilib Bakı. 17 iyul. REPORT.AZ/ Ermənistan Milli Təhlükəsizlik Xidməti ölkədə hərbi xidmətdən azad olmaq və ya möhlət almaq üçün tətbiq edilən korrupsiya sxemini ifşa edib.
Region
17 İyul , 2018 10:31
Ermənistanda hərbi xidmətdən yayınmaq üçün saxta sənəd düzəldən qrup ifşa edilib

Bakı. 17 iyul. REPORT.AZ/ Ermənistan Milli Təhlükəsizlik Xidməti ölkədə hərbi xidmətdən azad olmaq və ya möhlət almaq üçün tətbiq edilən korrupsiya sxemini ifşa edib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu məlumatı ölkə Milli Təhlükəsizlik Xidmətinin mətbuat katibliyi yayıb.

Bildirilib ki, çağırışıçılar korrupsiya yolu ilə saxta tibbi sənəd əsasında hərbi xidmətdən yayınıb və möhlət alıblar.

Bu və başqa saxtakarlıqda sxemin əsas fiquru həkim Aramais Sanoyan olub.

Ermənistan Müdafiə Nazirliyinin respublika çağırış məntəqəsinin keçmiş hərbçisi Kolya Kosakyan əməkdaşlar və həkimlər arasındakı əlaqələrindən istifadə edərək, saxta tibbi sənəd üçün 14 min dollar məbləğində rüşvət alıb. Bu cinayətdə Qeqarkunik vilayətinin hərbi komissarı Qarik Arakelyan və Aramais Sanosyan əlbir işləməkdə şübhəli bilinirlər. Hadisə ilə bağlı onların hər üçünə qarşı ittiham irəli sürülüb. 

Son xəbərlər

Orphus sistemi