Yuxarı

​Ermənistanda fahişəliyin qanuniləşdirilməsi təklif olunur

Samvel Ohanesyan: Belə bir biznes sahəsinin açılması üçün böyük məbləğdə maliyyə vəsaiti lazımdır

Bakı. 14 iyun. REPORT.AZ/ "Ermənistanda fahişəliyin qanuniləşdirilməsi cinsi yolla yoluxucu xəstəliklərin 60%-dək azalmasına səbəb olar".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Dermotoloji və Yoluxucu Xəstəliklər Elmi-Tibbi Mərkəzinin şöbə müdiri, həkim-dermotoloq Samvel Ohanesyan jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, "qədim peşə"nin qanuniləşdirildiyi ölkələrdə bu sahəyə ciddi nəzarət var: "Belə bir "biznes" sahəsinin açılması üçün böyük məbləğdə maliyyə vəsaiti lazımdır. Bundan başqa, intim xidmət göstərməyi təklif edənlər mükkəməl sağlam olmalıdır".

Qeyd edək ki, Ermənistanda bu işlə məşğul olmaq qadağandır və belələri cərimələnir.

YUNESKO-nun 2001-ci ildəki hesabatına əsasən, SSRİ dağıldıqdan sonra ölkədə fahişəlik atrmaqdadır.

2014-cü il iyulun 1-nə olan məlumata görə, ölkədə 3 700 nəfər QİÇS daşıyıcısı var. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi