Ermənistanda Elmlər Akademiyasının və nazirliyin binası satışa çıxarılıb

Ermənistanda Elmlər Akademiyasının və nazirliyin binası satışa çıxarılıb Ermənistan hökuməti dövlət mülkiyyətində olan bir sıra binalar üçün alıcı axtarır
Region
21 Aprel , 2017 12:50
Ermənistanda Elmlər Akademiyasının və nazirliyin binası satışa çıxarılıb

Bakı. 21 aprel. REPORT.AZ/ Ermənistan hökuməti dövlət mülkiyyətində olan bir sıra binaları, o cümlədən Elmlər Akademiyasının Rəyasət Heyətinin yerləşdiyi binanı satışa çıxarıb. 

"Report" xəbər verir ki, bunu Ermənistanın "Çorrord İşxanutyun" nəşri yazıb.

Məlumatlı mənbə nəşr bildirib ki, hazırda hökumət binalara alıçı axtarır. 

Məqalədə qeyd edilib ki, Ermənistanda sırf iqtisadiyyatdan gələn gəlirlər hesabına dövlət büdcəsini doldurmaq getdikcə çətinləşdiyindən, hökumət büdcəni binaları satmaqla doldurmaq istəyir. Binası satılmaq planına daxil olan strukturlardan biri də Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyidir.

Son xəbərlər

Orphus sistemi