Ermənistanda bir qrup sahibkar ölkə parlamentinin qarşısında aksiya keçirib

Ermənistanda bir qrup sahibkar ölkə parlamentinin qarşısında aksiya keçirib Nümayişçi: “İndi vergi adı altında bizi əlavə olaraq yükləyiblər”
Region
31 Oktyabr , 2017 14:05
Ermənistanda bir qrup sahibkar ölkə parlamentinin qarşısında aksiya keçirib

Bakı. 31 oktyabr. REPORT.AZ/ Ermənistanın paytaxtı Yeravanda “Arinç” və “Surmalu” yarmarkalarının sahibkarları parlamentin binası qarşısında etiraz aksiyası keçiriblər.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, onlar Vergi Məcəlləsinə dəyişikliklərə etiraz ediblər.

Aksiya iştirakçıları vergi ödəməkdən yayınmaq istəmədiklərini bildiriblər: “İndi vergi adı altında bizi əlavə olaraq yükləyiblər. Dəyişikliklərə əməl etmək məqsədilə sahibkarlar yeni əməkdaşlar qəbul etməlidirlər. Vergi xidməti bizdən idxal edilən hər mal üçün sənəd tələb edir. Bu isə kağız oyunudur. Ona görə də bu işlə məşğul olmaq üçün biz yeni işçi götürməliyik”.

Mütəxəssislər hesab edirlər ki, Ermənistanda işsizliyin qarşısını almaq üçün sahibkarlardan əlavə işçi götürmələri tələb edilir. 

Son xəbərlər

Orphus sistemi