Yuxarı

​Ermənistanda 7 oğul atası övladlarını hərbi xidmətə göndərməkdən imtina edir

Məlumata görə, çoxuşaqlı ailə 9 metrlik vaqon-evdə yaşayır

Bakı. 30 may. REPORT.AZ/ 7-si oğlan olmaqla 8 uşaq atası Xaçik Xaçatryan oğlanlarını Ermənistan Silahlı Qüvvələrində hərbi xidmətə göndərməkdən imtina edir.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

"Hərbi komissarlıqdan evimizə tez-tez gəlib, məni narahat edirlər. Deyrilər ki, oğlanlarım tibbi müayinədən keçməlidir. Mən onların orduda xidmət etməsinə icazə verimirəm. Deyirəm ki, əvvəlcə dövlət mənə kömək eləməlidir. Seyran Ohanyan (Ermənistanın müdafiə naziri - "Report") bu uşaqlar üçün nə etməli olduğunu düşünməlidir. Vaxtı gələn kimi gəlib, uşaqları orduya aparırlar, ancaq heç kim uşaqlar əsgərliyə gedəndən sonra ailənin necə dolanacağını düşünmür. Oğulları əsgərliyə aparandan sonra ailəyə yardım etməyin vacibliyi heç kimin ağlına da gəlmir", - o vurğulayıb.

Məlumata görə, çoxuşaqlı ailə 9 metrlik vaqon-evdə yaşayır. Ailədə yalnız Xaçik Xaçatryan işləyir. O deyib ki, tezliklə indiki yerdən də onları qovacaqlar: "Böyük oğlum 25 yaşındadır. Böyrək çatışmazlığından əziyyət çəkir. Həyat yoldaşımda tromb var".

Xəbərdə bildirilib ki, 11 nəfərlik ailə dövlətdən ayda 125 dollar məbləğində yardım alır.

Ailə başçısı sosial problemlərinin həlli ilə bağlı yerli hakimiyyət orqanlarına dəfələrlə müraciət etsə də, indiyədək nəticəsi olmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi