Yuxarı

Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 14,3 faiz azalıb

​2014-cü ilin ilk 7 ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi 19,9 faiz aşağı düşüb

Bakı. 31 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 14,3 faiz azalaraq 653,5 milyon dollar təşkil edib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Milli Statistika Xidməti məlumat yayıb.

Məlumata görə, Ermənistanın xarici ticarət dövriyyəsində Rusiyanın payı 24,6 faiz olub.

Xəbərə əsasən, bu ölkədən Rusiyaya ixracat 107,2 milyon dollar, ötən ilin uyğun dövründə isə 164,6 milyon dollar təşkil edib. Rusiyadan idaxalat isə 546,2 milyon dollar olmaqla, 8,6 faiz azalıb.

Hesabat dövründə Ermənistanın xarici ticarət dövriyyəsi 2 milyard 657,3 milyon dollar olub. 2014-cü ilin ilk 7 ayı ilə müqayisədə bu rəqəm 19,9 faiz azalıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi