​Ermənistan prezidentinin iqamətgahı qarşısında etiraz aksiyası keçirilib

​Ermənistan prezidentinin iqamətgahı qarşısında etiraz aksiyası keçirilib İşçilərə ödənilməli 18 aylıq əməkhaqqı borcu 15 milyon dollara yaxındır
Region
20 Yanvar , 2015 13:54
​Ermənistan prezidentinin iqamətgahı qarşısında etiraz aksiyası keçirilib

Bakı. 20 yanvar. REPORT.AZ/ Yanvarın 20-də "Nairit" zavodunun işçiləri Ermənistan prezidentinin iqamətgahı qarşısında etiraz aksiyası keçirib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, onlar ödənilməyən əmək haqlarının verilməsini tələb edib. Məlumatda bildirlib ki, hökumət məmurlarından biri etirazçılarla görüşərək, yaxın günlərdə onları qəbul edəcəklərini söyləyib.

Xəbərə əsasən, işçilərə ödənilməli 18 aylıq əməkhaqqı borcu 15 milyon dollara yaxındır.

Bu zavod Ermənistanın strateji müəssisələrindən sayılır. Zavodun sahibi "Rhiniville Property Limited " şirkətidir. "Nairit" xlorpren kauçuk istehsal edir.

2014-cü ilin əvvəlində Ermənistan hökuməti zavodu qoruyub-saxlamaq üçün Rusiyanın “Rosneft” şirkəti ilə danışıqlar aparıldığını bəyan etmişdi. Ancaq 2014-cü ilin sentyabrında Ermənistan energetika naziri “Rosneft”in zavoda sərmayə qoymaq planlarından xəbərsiz olduğunu deyib.

Qeyd edək ki, bu, zavod işçiləri 2012-ci ildən mütəmadi etiraz aksiyaları keçirir. Keçmişdə böyük tələbatı olan xloropren kauçuku istehsal edən zavod son illər ciddi problemlərlə üzləşib. Zavodun sahibkarları bir neçə dəfə dəyişib.

Hazırda "Rhiniville Property Limited" şirkətinə məxsus olan zavod istehsal etdiyi məhsula tələbat azaldığından 2008-ci ildən istehsalatı dayandırıb.

Son xəbərlər

Orphus sistemi