Ermənistan prezidenti Rusiyada səfərdədir

Ermənistan prezidenti Rusiyada səfərdədir Serj Sarqsyan Qarabağ münaqişəsinin nizamlanmasını Vladimir Putin ilə müzakirə etmək niyyətindədir
Region
14 Mart , 2017 16:03
Ermənistan prezidenti Rusiyada səfərdədir
Serj Sarqsyan

Bakı. 14 mart. REPORT.AZ/ Ermənistan prezidenti Serj Sarqsyan Rusiya dövlət başçısı Vladimir Putinin dəvəti ilə Moskvada rəsmi səfərdədir.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, səfər çərçivəsində S.Sarqsyan V.Putin ilə görüşmək və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə etmək niyyətindədir.

Ermənistan prezidenti həmçinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda professor-müəllim heyəti və tələbələrlə görüşəcək, onların qarşısında çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi