Yuxarı

Ermənistan Post-Patrul Xidmətinin polk komandirinin müavini bıçaqlanıb

Ermənistan Post-Patrul Xidmətinin polk komandirinin müavini bıçaqlanıb
Onun dalağını çıxarıblar, ağciyərində əməliyyat aparıblar

Bakı. 24 avqust. REPORT.AZ/ Ermənistan polisinin Yerevan üzrə idarəsinin Post-Patrul Xidməti polku komandirinin müavini, polis mayoru Akop Mkrtçyan bıçaqla yaralanıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə avqustun 24-də gecə saatlarında olub.

Məlumatda onun vəziyyətinin ağır olduğu bildirilir. Uzun keçən cərrahiyyə əməliyyatı zamanı onun dalağını çıxarıblar, ağciyərində əməliyyat aparıblar.

Xəbərdə bildirilib ki, A.Mkrtçyan Noraqavit rayonunda yaranmış mübahisənin qarşısını almaq istəyərkən bıçaqlanıb.

Qeyd edək ki, o, bu vəzifəyə yeni təyin edilib. Ondan əvvəl Artur Vanoyan bu vəzifəni icra edib. O, “Sasna Tsrer” qrupu Ermənistan Post-Patrul Xidmətinin polkunu ələ keçirən zaman öldürülüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi