Yuxarı

Ermənistan parlamentində deputatlar arasında dava düşüb

Hakim Respublikaçılar Partiyasının deputatı Vardan Ayvazyan keçmiş baş nazirin dediklərinə etiraz edib

Bakı. 16 iyun. REPORT.AZ/ Ermənistan parlamentində deputatlar arasında qarşıdurma olub.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə "Ermənistanın inzibati-ərazisinin bölünməsi haqda" qanun layihəsinin müzakirəsi zaman baş verib.

İnformasiyaya əsasən, ölkənin keçmiş baş naziri, hazırda müxalifətdə olan Ermənistan Milli Konqresini təmsil edən deputat Qrant Baqratyan səsvermədən əvvəl layihənin heç bir iqtisadi və sosial mahiyyət daşımadığını bildirib: "Bura Avropa deyil. Əgər bir kənddə 10 nəfər yaşayırsa, ora strateji məntəqədir".

Hakim Respublikaçılar Partiyasının deputatı Vardan Ayvazyan keçmiş baş nazirin fikirlərinə qarşı çıxaraq, deyib: "Qanundan başqa hər şeydən danışdı". 

Bundan sonra deputatlar arasında mübahisə düşüb. Mübahisə sonra davaya çevrilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi