Ermənistan parlamenti yeni baş nazir seçilməsi məsələsini mayın 1-də müzakirə edəcək

Ermənistan parlamenti yeni baş nazir seçilməsi məsələsini mayın 1-də müzakirə edəcək Bakı. 26 aprel. REPORT.AZ/ Ermənistanın yeni baş nazirinin seçilməsi məsələsi mayın 1-də parlamentin xüsusi iclasında müzakirə olunacaq.
Region
26 Aprel , 2018 12:35
Ermənistan parlamenti yeni baş nazir seçilməsi məsələsini mayın 1-də müzakirə edəcək

Bakı. 26 aprel. REPORT.AZ/ Ermənistanın yeni baş nazirinin seçilməsi məsələsi mayın 1-də parlamentin xüsusi iclasında müzakirə olunacaq.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin sədri Ara Babloyanın bəyanatında deyilir.

Bildirilib ki, iclas yerli vaxtla saat 12:00-a təyin edilib.

Qeyd edək ki, aprelin 23-də Serj Sarqsyan baş nazir postunu tərk edib. Eyni zamanda, bu gün onun rəhbərlik etdiyi Ermənistanın Respublikaçılar Partiyasında yeni baş nazirin seçilməsinə dair qərar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi