Ermənistan ordusunun hərbçisi yol qəzasında ölüb

Ermənistan ordusunun hərbçisi yol qəzasında ölüb Bakı. 29 may. REPORT.AZ/ Ermənistan ordusunun 28 yaşlı hərbçisi Narek Çaqaryan Qeqarkunik vilayətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.
Region
29 May , 2018 10:33
Ermənistan ordusunun hərbçisi yol qəzasında ölüb
0 : 00
0 : 00

Bakı. 29 may. REPORT.AZ/ Ermənistan ordusunun 28 yaşlı hərbçisi Narek Çaqaryan Qeqarkunik vilayətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, qəza mayın 29-da gecə saatlarında qeydə alınıb. 

Narek Çaqaryan avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və nəticədə qəza baş verib. Avtomobil yola tökülən torpaq təpəciklərinə çarpılaraq, aşıb. Hərbçi hadisə yerində ölüb.

N.Çaqaryanın meyiti Ermənistaan Müdafiə Nazirliyinin hərbi polisinə təhvil verilib. O, yerli hərbi hissələrdən birində müqavilə əsasında hərbi xidmət edirmiş.

Qeqarkunik Vilayəti İstintaq Komitəsi hadisə ilə bağlı cinayət işi açıb.

Son xəbərlər

Orphus sistemi