Bakı. 11 noyabr. REPORT.AZ/ Ermənistan Müdafiə Nazirliyinin daha bir zabiti barədə Cinayət Məcəlləsinin rüşvətalma maddəsi ilə cinayət işi başlanılıb.
"Report" xəbər verir ki, Yerevan şəhəri, Lvov küçəsi, 29 ünvanda yaşayan Karen Hovanisyandan orduya yenidən qayıtmaq üçün 3000 ABŞ dolları məbləğində rüşvət tələb olunub.
Rüşvətalma faktı ilə əlaqədar hərbi hissənin qərərgah rəisi vəzifəsində xidmət edən kapitan Hamlet Levonyan barədə cinayət işi başlanılıb, araşdırma aparılır.
Əgər H.Levonyanın günahı sübuta yetirilərsə, onu uzun müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.