Ermənistan ordusunun daha bir zabiti barədə rüşvətə görə cinayət işi başlanılıb

Ermənistan ordusunun daha bir zabiti barədə rüşvətə görə cinayət işi başlanılıb Karen Hovanisyandan orduya yenidən qayıtmaq üçün 3.000 ABŞ dolları məbləğində rüşvət tələb olunub
Region
11 Noyabr , 2017 15:49
Ermənistan ordusunun daha bir zabiti barədə rüşvətə görə cinayət işi başlanılıb

Bakı. 11 noyabr. REPORT.AZ/ Ermənistan Müdafiə Nazirliyinin daha bir zabiti barədə Cinayət Məcəlləsinin rüşvətalma maddəsi ilə cinayət işi başlanılıb.

"Report" xəbər verir ki, Yerevan şəhəri, Lvov küçəsi, 29 ünvanda yaşayan Karen Hovanisyandan orduya yenidən qayıtmaq üçün 3000 ABŞ dolları məbləğində rüşvət tələb olunub.

Rüşvətalma faktı ilə əlaqədar hərbi hissənin qərərgah rəisi vəzifəsində xidmət edən kapitan Hamlet Levonyan barədə cinayət işi başlanılıb, araşdırma aparılır. 

Əgər H.Levonyanın günahı sübuta yetirilərsə, onu uzun müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. 

Son xəbərlər

Orphus sistemi