Ermənistan ordusunda çavuşun əsgər yoldaşını şəxsi ziddiyyətlərə görə güllələməsi məlum olub

Ermənistan ordusunda çavuşun əsgər yoldaşını şəxsi ziddiyyətlərə görə güllələməsi məlum olub "News.am" əsgərlə kiçik çavuş arasında ziddiyyətin olduğunu bildirib
Region
26 Yanvar , 2017 00:22
Ermənistan ordusunda çavuşun əsgər yoldaşını şəxsi ziddiyyətlərə görə güllələməsi məlum olub

Bakı. 26 yanvar. REPORT.AZ/ Yanvarın 16-da erməni silahlı bölmələrindən birində baş vermiş cinayət hadisəsinin təfərrüatları məlum olub. 

"Report" "News.am"a istinadən xəbər verir ki, sıravi əsgər Qurgen Sarkisyan əsgər yoldaşı olan kiçik çavuş tərəfindən güllələnməsinin "ehtiyatsızlıq" üzündən baş verdiyi bildirilir.

İlkin məlumata görə, təqsirləndirilən kiçik çavuşun ehtiyatsızlıqdan odlu silahdan açdığı atəşlı müddətli hərbi qulluqçuya Qurgen Sarkisyana xəsarət yetirdiyi bildirilir.

Ancaq "News.am" əsgərlə kiçik çavuş arasında ziddiyyətin olduğunu bildirib. Belə ki, mətbu orqanın əməkdaşına hərbçilər arasında fikir ayrılığının olması barədə məlumat verilib.

Qeyd edək ki, hadisə yanvarın 16-da, saat 23:55 radələrində baş verib. Belə ki, müddətli hərbi qulluqçusu, əsgər Qurgen Sarkisyan növbətçilik zamanı başından güllə yarası alıb. Ona atəş açmış kiçik çavuşa Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə ittiham irəli sürülüb. Kiçik çavuş həbs edilib.

Son xəbərlər

Orphus sistemi