Ermənistan ordusunun əsgəri ölüb

Ermənistan ordusunun əsgəri ölüb Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır
Region
27 Yanvar , 2017 11:14
Ermənistan ordusunun əsgəri ölüb

Bakı. 27 yanvar. REPORT.AZ/ Ermənistan ordusunun əsgəri Samvel Apinyan qulluq etdiyi hərbi hissənin düzülüş meydançasında ölüb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

İnformasiyaya əsasən, düzülüş meydançasında qəflətən əsgərin halı pisləşib və onu hərbi hissənin tibb məntəqəsinə aparıblar.

Məlumata görə, əsgər orada müəmmalı şəkildə ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 

İngilis versiyası Armenian army soldier dies

Son xəbərlər

Orphus sistemi