Yuxarı

​Ermənistan müdafiə nazirinin keçmiş müavini həbs edilib

Bu haqda məlumatı ölkə Milli Təhlükəsizlik Xidmətinin mətubat xidməti yayıb

Bakı. 19 dekabr. REPORT.AZ/ Ermənistan müdafiə nazirinin sabiq müavini Vahan Şirxanyan ölkədəki mütəşəkkil cinayətkar qruplaşma ilə əlaqə saxlamaqda şübhəli bilinərək tutulub.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda məlumatı ölkə Milli Təhlükəsizlik Xidmətinin (MTX) mətbuat xidməti yayıb.

Qeyd edək ki, bu il noyabrın 25-də Ermənistan MTX ölkə ərazisində 19 nəfərlik silahlı qruplaşmanı aşkarlayaraq üzvlərini həbs etmişdi. Nazir müavini həmin dəstə ilə əlaqə saxlamaqda şübhəli bilinir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi