Yuxarı

Ermənistan MTX polis məntəqəsini ələ keçirənlərlə əlbir olan qrupu saxlayıb

Saxlanılan şəxslər ələ keçirilmiş məntəqəyə silah və Molotov kokteyli aparmağa çalışıb

Bakı. 23 iyul. REPORT.AZ/ Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Yerevanda polis məntəqəsini ələ keçirən şəxslərlə cinayət əlaqəsində şübhəli bilinən qrupu saxlayıb. 

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə MTX-nin məlumatında deyilir.

Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, saxlanılan şəxslər əvvəllər törədilən cinayətlərə də yardım göstərib və yeni cinayətləri dəstəkləməkdə davam edir. 

"Xüsusilə, məntəqəni işğal edənlər çaxnaşma yaradan və qarşıdurmalara təhrik edən hərəkətləri ilə əlbir olduqları şəxslərə rəhbərlik edirlər. İyulun 21-də Xorenatsi küçəsindəki təcrid olunmuş məntəqəyə qanunsuz olaraq silah, o cümlədən qumbara çatdırmaq istəyən V.Q. həbs olunub.  İyulun 22-də həmin yerə Molotov kokteyli olan şüşələri aparmaq istəyən M.A. saxlanılıb", - Ermənistan MTX-nin məlumatında deyilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi