Yuxarı

Ermənistanda etiraz aksiyalarının başlayacağı vaxt açıqlanıb

Talana yox Təşəbbüs Qrupunun təmsilçisi: Növbəti dəfə aldadıldığımızı gördük

Bakı. 28 avqust. REPORT.AZ/ Ermənistanda "Talana yox" Təşəbbüs Qrupunun etiraz aksiyası sentyabrın 1-də yenidən başlayacaq.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu qrupun üzvü Artuş Çibuxçiyan bildirib.

Məlumata görə, aksiya sentyabrın 1-də yerli vaxtla saat 16-da Gənclər parkında başlayacaq.

O qeyd edib ki, aksiyalar müvəqqəti olaraq, dayandırılmışdı: "Ermənistan Elektrik Şəbəkəsi"ndəki yoxlamaların nəticəsini gözləyirdik. Növbəti dəfə aldadıldığımızı gördük. Tələblərimizn heç biri yerinə yetirilmədiyindən bu dəfə dayanmayacağıq, istəklərimiz təmin olunanadək aksiya keçirəcəyik".

Xatırladaq ki, iyulun 1-dən etibarən Ermənistanda eklektrik enerjisinin bahalaşmasına qarşı etiraz aksiyaları keçirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi